Siyasət

  • 5 678

“İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə”

image

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yardımlı Rayon İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirib.
SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yardımlı Rayon İcra Hakimiyyətinin əməkdaşları, RİH başçısının qəsəbə və kəndlər üzə nümayəndələri, bələdiyyə sədrləri və eləcə də gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova mövzunun əhəmiyyətindən danışaraq rayondakı dini durum barədə məlumat verib. Ə. Məmmədova Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirib.Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını bildirib. DQİDK sədrinin müavinin sözlərinə görə, tolerantlıq Azərbaycan xalqının genetik yaddaşına hopmuş bir dəyərdir.Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədilə rayon və şəhərlərdə ardıcıl olaraq dəyirmi masalar və konfranslar keçirildiyini qeyd edən G. İsmayılov vurğulayıb ki, bu tədbirlərin keçirilməsində məqsəd dövlət-din münasibətləri, İslam həmrəyliyi, ölkəmizin tolerantlıq ənənələri, onların qorunması və daha da inkişaf etdirilməsidir.Gündüz İsmayılov onu da bildirib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır. Sədr müavini qeyd edib ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Dövlət Komitəsinin Dini maarifləndirmə şöbəsinin müdir müavini Ruslan Əsgərov və digərləri çıxışlarında qeyd ediblər ki, dünyada, eləcə də müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir. Ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Çıxışlarda o da vurğulanıb ki, bu həmrəylik dinlərarası dialoq üçün gözəl imkan kimi dəyərləndirilməlidir.Konfrans iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.

sia.az

Digər xəbərlər