Siyasət

  • 4 112

Millət vəkili: “Ermənistana işğalçı gözüylə baxılmalıdır” MÜNASİBƏT

image

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb. Onun dediyinə görə Minsk qrupuna həmsədrlik edən digər ölkə- Rusiya da bu fikirləri bölüşür. Deməyinə deyirlər, amma aralarında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil". SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bunun da iki səbəbi var: "Birinci səbəb haylarla bizi barışdırmaq istədiklərini deyənlərin vurğuladığımız kimi özlərinin arasında böyük güvənsizliyin olmasıdır. İkinci və ən əsas səbəb isə həmsədrlərin bilərəkdən odu qoyub tüstüylə oynamalarıdır. Ancaq od tüstüdən yaranmır axı. Tüstü oddan yaranır.Azərbaycanla Ermənistan arasında güvən olması üçün işğalçı işğal altında saxladığı torpaqlardan çəkilməlidir. Əgər Ermənistan bunu etmirsə, bizə qarşı düşmənçilik siyasəti yeridirsə, ona necə güvənə bilərik? Nəinki Ermənistana, onun işğalçılıq siyasətinə dözümlü və himayədar yanaşma sərgiləyən həmsədrlərin özünə belə bu gün Azərbaycanda çox təbii olaraq heç bir güvən yoxdur və cənab Hoqland da bunu bilməmiş deyil.Ona görə də həmsədr ölkələr ilk növbədə buna çalışmalıdırlar ki, biz azacıq da olsa, onlara güvənə bilək. Bunun üçünsə çox yox, azacıq da olsa, ədalətli davranmalı, öz maraqlarından deyil, beynəlxalq normalardan çıxış etməlidirlər. Ermənistana geosiyasi alət və forpost yox, işğalçı ğözüylə baxmalıdırlar".

sia.az

Digər xəbərlər