Siyasət

  • 4 650

Kamilə Əliyeva: İnkişaf siyasətinin mühüm istiqamətlərindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir

image

«Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, inkişaf siyasətinin mühüm istiqamətlərindən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Onun sözlərinə görə, bu istiqamətdə reallaşdırılan tədbirlər, görülən işlər davamlı xarakter daşıyır.
«Başqa sözlə, ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb. Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. İstər yeni sosial iaşə obyektlərinin, istərsə də digər infrastrukturların tikilməsi və yenilənməsi vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir. Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və bu ilin birinci yarısında əldə edilən nailiyyətlər bunu təsdiqləyir»- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər