Siyasət

  • 4 078

Tariq Şafi: Bakıda skaut hərəkatının gələcək inkişafı ilə bağlı faydalı müzakirələr aparılır

image

Dünya Skaut Konfransının Azərbaycanda təşkil olunması bizi çox sevindirir. Çünki Azərbaycan həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilib. Konfransın mükəmməl təşkili bir daha bunu sübut edir.

Bu sözləri Dünya Skaut Hərəkatının pakistanlı iştirakçısı Tariq Şafi deyib.
O bildirib ki, Bakı konfransında skaut hərəkatının gələcək inkişafı istiqamətində faydalı müzakirələr aparılır. Azərbaycanlı həmkarlarımızın yüksək peşəkarlığı bizi sevindirir. Ölkənizdə bu sahənin inkişafı üçün əlverişli şərait və imkanlar var.
Azərbaycanda ilk dəfə olduğunu diqqətə çatdıran qonaq deyib: “Qəbələ və Bakı ilə tanış olmaq imkanı əldə etmişəm. Gördüklərim məni heyran etdi. İnsanlar yüksək mehribanlığı və qonaqpərvərliyi ilə seçilir. Azərbaycan Şərq və Qərbin vəhdətini təşkil edir”.

yap.org.az

Digər xəbərlər