Siyasət

  • 3 709

Sona Əliyeva: Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir

image

«Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Onun sözlərinə görə, hər bir xalqın dünyada daha çox mədəni dəyərləri ilə tanındığını nəzərə alsaq, bu sahədə dövlətimiz çox uğurlu siyasət həyata keçirir.
«Ümumiyyətlə, dövlətimiz bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinin inkişafına da xüsusi diqqət yetirir. Son illər Azərbaycanın yüksək inkişafı bu sahədə də özünü bariz şəkildə ifadə edir. Azərbaycan dövləti davamlı olaraq mədəniyyət sahəsinin inkişaf və tərəqqisi istiqamətində zəruri addımlarını atmaqdadır. Bu gün Bakı şəhəri ilə yanaşı respublikamızın bölgələrində də tarixi-mədəni abilərimiz bərpa olunmaqla, qorunmaqla yanaşı müasir standartalar cavab verən mədəniyyət mərkəzləri də tikilib istifadəyə verilir. Bu siyasət də davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin avqustun 14-də imzaladığı «Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncam bu faktı bir daha təsdiqləyir. Sərəncamda qeyd olunduğu kimi son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Dövlət başçısının bu sərəncamı ilə Bakı şəhərində və bir sıra rayonlarda mədəniyyət mərkəzlərinin tikintisinin başa çatdırılması üçün vəsait ayrılıb. Təbii ki, dövlət başçısının bu qərarı cəmiyyətimizdə çox yüksək qiymətləndirilir. Çünki bu mərkəzlər vətəndaşlarımıza xidmət edir»- deyə, S.Əliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər