Siyasət

  • 3 896

BAXCP rəsmisi: “Onlarla insan Əli Kərimlinin xəyanətinin qurbanı olub” MÜNASİBƏT

image

"Gecə-gündüz Əli Kərimli “facebook”da özünün pullu reklamını yaydırır. Bilirsiniz ki, “facebook” saytında dollar ödəməklə hər bir “facebook” istfadəçinin lövhəsinə bunu etmək olar. Hər gün də Əli Kərimli özünün pullu reklamın etdirir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin mavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, son günlər Əli Kərimli video müraciət edərək, yeni lider axtardığı ilə bağlı fikirlər səsləndirir: "Əli Kərimli Azərbaycanın siyasi tarixinə öz lideri Əbülfəz Elçibəyə, yaxın dostlarına, tələbə yoldaşlarına, partiyadaşlarına xəyanət edən biri kimi düşüb. Onlarla insan var ki, Əli Kərimlinin xəyanətinin qurbanı olub. Son günlərdə onun yenə xəyanət etməsi ilə bağlı bir sıra şəxslərin müraciətini oxuyuruq. İnsanları satmağı bacaran Əli Kərimli indi də özünə yeni lider axtarır ki, satıb pul qazansın. Axı onun övladları İngiltərinin ən bahalı unversitetlərində təhsil alır. Onların illik təhsil ödənişləri və başqa xərcləri ilə birlikdə 500 000 manatdan çox edir. Gözəl Bayramlı artıq Gürcüstana gedib pul da gətirə bilmir. Əli Kərimli fikirləşir ki, öz ənənəsinə sadiq qalıb, yeni lider tapıb onun bütün xərclərini təmin etmiş olar".

sia.az

Digər xəbərlər