Siyasət

  • 4 807

İkinci Uluslararası Gənclik Kampının bağlanış mərasimi olub

image

Türkiyə Konsulluğunda 27 avqust 2017-ci il tarixində azərbaycanlı gənclərin də iştirak etdiyi İkinci Uluslararası Gənclik Kampının bağlanış mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, “Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi” (Türk Konseyi) və Türkiye Cümhuriyəti Gençlik ve Spor Bakanlığı təşkilatçılığı ilə “Ortak Kültür, Ortak Gelecek ve Genç Liderler” mövzusunda müzakirələr baş tutub. 13-19 avqust bəylərdən ibarət kamp müddətində “İrəli” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Qurbanov və 22-28 Avqust xanımlar yer alan qrupda “İrəli” İctimai Birliyinin İnsan Resursları katibliyinin nümayəndəsi Səmayə İbrahimovanın iştirakı ilə Antalyada İkinci Uluslararası Gənclik Kampı baş tutub.Qeyd edək ki, gənclər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə yer alıblar.İki həftəlik proqram çərçivəsində Türkiyə Konsulluğu üzv ölkələrindən ümumilikdə 400 gəncin iştirak etdiyi kampın bağlanış mərasimində Türk Konseyi layihə rəhbəri Ali Çiviler ilə Gənclik və İdman Nazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.Kampın bağlanış mərasimində mədəni və bədii nümayişlərə yer verilib, iştirakçı gənclər tərəfindən hazırlanan əl işi nümunələri sərgilənib və gənclərin milli səhnə göstərilərinə, rəqslərinə yer verilib.Bağlanış mərasimində çıxış edən layihə rəhbəri Ali Çiviler Türkiyə Konsulluğunun, xüsusilə də gənclik və idman sahəsində həyata keçirməkdə olduğu fəaliyyəti ilə bağlı ətraflı çıxış edərək, qarşıda həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qısa məlumat verib.Türkiyə Cümhuriyəti Gənclik və İdman Nazirliyinin ev sahibliyi etdiyi 15 günlük sıx kampın proqramı çərçivəsində turlar, mədəni və idman fəaliyyətlər və tematik müzakirələr keçirilib.

sia.az

Digər xəbərlər