Siyasət

  • 5 037

Musa Quliyev: “Türkiyə həmişə Azərbaycanın yanındadır” AÇIQILAMA

image

“Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl və yüksək şəkildə Ümummilli Lider Heydər Əliyev “bir millət, iki dövlət” deyərək ifadə etmişdir. Yəni bundan yaxın bir münasibət ola bilməz. Həm də tarixən Azərbaycan müstəqilliyini elan edəndə ilk dəfə bizi tanıyan ən yaxın dostumuz, qardaşımız, strateji partnyorumuz Türkiyə Respublikası olub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, Türkiyənin də ən çətin anlarında onu cəsarətlə müdafiə edən, ona dəstək verən və birmənalı olaraq onun tərəfində duran Azərbaycan dövləti olub: “Türkiyənin son 10-12 ildə xarici siyasətində müəyyən gərginlikləri olsa da, həmişə Azərbaycan dövləti, Prezidenti Türkiyəyə dəstək verib. Bizim istər idman, istər musiqi yarışlarında, o cümlədən “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan qalibləri həmişə meydana çıxanda ölkəmizin bayrağı ilə yanaşı Türkiyənin bayrağını da qaldırıblar. Bunlar heç də təsadüfi münasibətlər deyil. Bu bütövlükdə millətin və dövlətin Türkiyəyə olan münasibətinin ifadəsidir. Türkiyə dövləti də həmişə sözdə, əməldə, siyasətdə və s. Azərbaycanın yanındadır. Bu gün bizim istər iqtisadi, istərsə də siyasi müstəvidə ən yaxın tərəfdaşımız Türkiyə dövlətidir. Bu tam təbiidir. Türkiyə-Azərbaycan münasibətləri ictimai, sosial, iqtisadi həyatımızın bütün sahələrində artan xətlə inkişaf edir. Heç də təsadüfi deyil ki, Azərbaycanın Ümummilli Lider tərəfindən başlanan iqtisadi inkişafının əsas strateji xətləri birbaşa Türkiyə ilə bağlıdır”.

sia.az

Digər xəbərlər