Siyasət

  • 4 758

Hadı Rəcəbli: “Azərbaycan-Türkiyə əlaqələri günü-gündən inkişaf edir” AÇIQLAMA

image

“Ümumiyyətlə, biz Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi “Bir millət, iki dövlət” deyimi üzərində bütün fikirlərimizi cəmləşdirməliyik. Əlbəttə ki, bu gün Azərbaycanla Türkiyə arasında iqtisadi, sosial, siyasi əlaqələr günü-gündən inkişaf edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.Onun sözlərinə görə, bunu rəqəmlərlə ifadə etmək o qədər də düzgün olmazdı: “Amma fakt ondan ibarətdir ki, Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daim Azərbaycan-Türkiyə münasibətlərində bir nöqtəyə vurur, bir istiqamətdə danışır və eyni mövqedən çıxış edirlər. Sevindirici hallardan biri də odur ki, hətta beynəlxalq tədbirlərdə belə bir dövlət rəhbəri iştirak etməyəndə digər dövlət rəhbəri “biz burada varıq" deyə çıxışlar edə bilir. Bu bir daha Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm təməl üzərində qurulduğundan, əbədiliyindən xəbər verir. Bütövlükdə bu münasibətlər ilbəil inkişaf edir. Düşünürəm ki, gələcəkdə də iqtisadi və sosial münasibətlər daha da yüksələn xətlə inkişaf edəcək”.

sia.az

Digər xəbərlər