Siyasət

  • 2 984

ATƏT İrəvan nümayəndəliyini rəsmən bağladı

image

ATƏT-in İrəvan nümayəndəliyi fəaliyyətini rəsmən dayandırıb. Bu barədə qərar iyulun əvvəlində ATƏT-in Daimi Şurasında mübahisəli müzakirələrdən sonra qəbul olunub. Cənubi Qafqazda fəaliyyət göstərən ATƏT-in yeganə ofisinin bağlanması prosesinin təşkili ilə bağlı şəxsən təşkilatın katibi İrəvana gedib. O, mətbuata açıqlamasında ofisin işini davam etdirməsi üçün konsensus əldə edə bilmədiklərini açıqlayıb. Buna görə də qurumun Ermənistandakı fəaliyyətlərinə son qoymağı qərara alıblar.Erməni politoloq Stefan Safaryan beynəlxalq qurumun bu addımını Ermənistanın siyasi məğlubiyyəti hesab edir. Onun sözlərinə görə, xarici işlər naziri bunun qarşısını almağa çalışmalı idi. Çünki qurumun Cənubi Qafqazda təkcə Ermənistanda fəaliyyət göstərməsi ölkənin xeyrinə idi. Hökumət isə bu məsələyə belə laqeyd yanaşdı. Nəticədə ATƏT-in İrəvan nümayəndəliyi avqustun 31-dən etibarən fəaliyyətini rəsmən dayandırdı. Ermənistan mətbuatı hələ iyul ayında bu məsələnin İrəvanda narazılıq doğuracağını yazırdı. Bildirilib ki, ictimaiyyətin etirazları isə hakimiyyət tərəfindən özünəməxsus üsullarla yayındırılacaq. Belə də oldu. Qərar qəbul olunan gün Ermənistanın Nəqliyyat Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bomba həyəcanı ilə bağlı xəbərlər yayıldı. Hüquq mühafizə orqanları ərazidən insanları uzaqlaşdırıb. Ermənistan mediası yazır ki, bu, ATƏT-in İrəvan nümayəndəliyinin fəaliyyətinin dayandırılması ilə bağlı gözlənilən etirazların qarşısının alınması üçün qəsdən təşkil olunub. Nazirlik mitinqlərin keçirildiyi respublika meydanına yaxın ərazidə yerləşir. Həmin gün fəallar orada aksiya keçirməyi planlaşdırırdılar.

sia.az

Digər xəbərlər