Siyasət

  • 4 290

Sədaqət Vəliyeva: Bu dövr Azərbaycanın müasir tarixinə dönüş illəri kimi həkk olunacaq

image

“Son illər ərzində cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də, aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin tez-tez bölgələrə səfər etməsi, pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olur, qeyri-neft sektorunun inkişafına güclü təkan verir: “Bütün görülən işlərin təhlili ortaya belə bir reallığı çıxarır ki, bu dövr Azərbaycanın müasir tarixinə dönüş illəri kimi həkk olunacaq. Çünki aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına gətirib çıxarıb”.
“Ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində yeni zavod və fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün də investisiyalar ayrılır. Hər ötən gün ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, sənaye müəssisələri yaradılır və “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına keyfiyyətli məhsullar çıxarılır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların reallaşdırılması sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.

yap.org.az

Digər xəbərlər