Siyasət

  • 4 371

Juris Maklakovs: "Burada məqsəd Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir"

image

"Bu layihəni həyata keçirərkən şirkətlərin seçmə prosesində iştirak etmişdik". SİA – nın xəbərinə görə bunu Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs deyib. Onun sözlərinə görə, bu önəmli layihənin həyata keçirilməsində iştirak edən dövlətlərin şirkətləri icra prosesində iştirakı və fəaliyyəti vacibdir: "Avropa İttifaqında təmsil olunan ölkələrin bu layihə də iştirakı böyük addımdır. Akkreditasiyanın həyata keçirilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edecək. Bu layihə həmçinin Azərbaycan Latviya münasibətlərinin iqtisadi cəhətden inkişafı və təkmiləşdirilməsinə gətirib çıxaracaq. Bununla da Azərbaycan və Latviya yeni iqtisadi münasibətlərə və mərhələyə qədəm qoyacaq. 2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir".

sia.az

Digər xəbərlər