Siyasət

  • 3 713

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq

image

ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq.

Bunu ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen deyib.
O qeyd edib: "Bildiyiniz kimi, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar. Bu baxımdan əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".
K.Muttonen bildirib ki, ATƏT PA bütün məsələlərin, xüsusən də ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün bir platformadır.
O əlavə edib ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regionda sülhün bərqərar olması üçün aktiv işlər aparır: “Biz azərbaycanlı tərəfdaşlarımızla da regionda sülh və sabitliyin bərqərar olması, insanların rifahının təmin olunması üçün fəal iş aparırıq”.
K.Muttonen cəbhəyanı bölgələrə səfər etməyəcəyini bildirib: "Budəfəki səfərim çərçivəsində cəbhəyanı bölgələrə səfər gözlənilmir".

yap.org.az

Digər xəbərlər