Siyasət

  • 4 785

“Azərbaycan artıq bəşəri problemlərin müzakirə olunduğu dialoq platformasıdır” MÜNASİBƏT

image

“Artıq ilk dəfə deyil ki, yüksək hərbi strukturlarının təmsilçiləri Azərbaycanda görüşürlər. Bu, ilk növbədə Azərbaycan liderinin beynəlxalq nüfuzundan, ölkəmizin beynəlxalq münasibətlər sistemində oynadığı roldan xəbər verir”. Bu fikirləri SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli ötən gün Rusiya-NATO görüşünün Bakıda keçirilməsinə münasibət bildirərkən deyib.Siyasi şərhçi bildirib ki, Azərbaycanda sabitlik və təhlükəsizlik faktoru, eyni zamanda ölkəmizin yürütdüyü müstəqil siyasət, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması da belə görüşlərin Azərbaycanda keçirilməsi üçün zəmin yaradır: “Bu həmçinin iki böyük güc mərkəzi olan Rusiya və NATO tərəfindən Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolun qəbul olunması deməkdir”.Sözügedən görüşün Bakıda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan məqbul statusuna layiq olmaq üçün kifayət qədər, uzun müddətli yol keçib: “Azərbaycan prezidentinin xarici siyasəti məhz son nəticədə ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə zəmin yaradıb. Görüş siyasi aspektdən təkcə Azərbaycan üçün deyil, bütövlükdə ölkəmizdə görüş keçirən tərəflər üçün də əhəmiyyətlidir. Görüşdə mühüm məsələ və problemlər müzakirə olunub. Bu o deməkdir ki, Azərbaycan artıq bəşəri problemlərin müzakirə olunduğu dialoq platformasıdır”.Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında Bakıda görüş keçirilib.

sia.az

Digər xəbərlər