Rusiya vacib strateji tərəfdaşdır AÇIQLAMA

"Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana gəlməsi faktı özü cənab Prezidentimiz İlham Əliyevin liderliyində ölkəmizin beynəlxalq nüfuzunun artmasının və etibarlı tərəfdaş olmasının göstəricisidir”. Bu sözləri SİA–ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, müzakirə edilən məsələlər isə Azərbaycanın region məsələlərinin müzakirəsində mühüm rol oynadığını, açar ölkə olduğunu, rəsmi Bakı ilə məsləhətləşmələrə zəruri ehtiyacın duyulduğunu təsdiq edir: “Bu görüş eyni zamanda, bərabərhüquqlu, ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir. Göstərir ki, Azərbaycan sözü və işi vəhdət təşkil edən etibarlı tərəfdaşdır".Qeyd edək ki, Azərbaycan–Rusiya əməkdaşlığı, dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulub və bu əlaqələr daim inkişaf edir. Rusiya vacib strateji tərəfdaşdır. Yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruridir.

sia.az