Siyasət

  • 4 922

Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur

image

Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur.

Bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen deyib.
O bildirib: "Azərbaycana gəlməkdən çox şadam. Bu, ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var".
Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.

yap.org.az

Digər xəbərlər