Siyasət

  • 5 420

YAP-ın yaranmasının 25-ci ildönümü yüksək təntənə ilə qeyd olunacaq

image

Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib.SİA-nın məlumatına görə, iclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva öncə 11 sentyabr 1993-cü ildə ilk təsis iclası keçirilmiş YAP Nizami rayon təşkilatının yaradılması haqqında danışıb. Qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub: “YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızım bir parçası olan YAP Nizami rayon təşkilatı rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 13 mindən çox insan birləşib”. Sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Tədbirlər Planı müzakirə olundu. Tədbirlər Planı haqqında məlumat verən sədr Sədaqət Vəliyeva keçiriləcək tədbirləri diqqətə çatdırıb. İclasda bildirilib ki, bu gün Azərbaycan Respublikasının ictimai-siyasi və sosial-iqtisadi həyatının ən aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasıdır. YAP hazırda da ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin Sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, vətəndaş-dövlət münasibətlərinin inkişafı və möhkəmlənməsi prosesinə öz töhfəsini verir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu səbəbdən də partiyanın yubileyi Nizami rayonunda da yüksək təntənə ilə qeyd edilməlidir. Çıxışlardan sonra tədbirlər planı təsdiqlənib və YAP-ın yubileyi münasibətilə təşkil olunacaq tədbirlərin yüksək səviyyədə baş tutması üçün müvafiq tapşırıqlar verilib, iş bölgüsü aparılıb.Sonda cari məsələlər müzakirə olunub.

sia.az

Digər xəbərlər