Siyasət

  • 5 201

Deputatımız Avronest PA-nın iclasına qatılacaq

image

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Avronest PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə iclaslarında iştirak etmək üçün sentyabrın 12-dən 17-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Büro iclasında Avronest PA-nın 6-ci Plenar sessiyasının gündəliyi, qurumun prosedur qaydalarına dəyişikliklər və funksiyaları ilə bağlı müzakirələr aparılacaq.Toplantıda eyni zamanda Avronest PA tərkibində Assosiasiya Sazişi imzalamış ölkələrin müvəqqəti işçi qrupu üzvlərinin təyin olunması, Şərq tərəfdaşlığı ölkələrində mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin Avronest PA-ya üzv ölkələrlə birgə iclasında 2017-ci ilin noyabrında keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə əlaqədar, Avropa İttifaqının Şurasına, Avropa İttifaqının komissiyasına ünvanlanacaq tövsiyələrlə bağlı qətnamələr müzakirə olunacaq.Millət vəkili müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

sia.az

Digər xəbərlər