Siyasət

  • 4 948

Məlahət İbrahimqızı: Azərbaycanın regionda rolu daha da artmaqdadır

image

«Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir». Bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır. Onun sözlərinə görə, bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.
«Bütün bunlar onu göstərir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın regionda rolunun artmasına, dünya miqyasında mövqeyinin möhkəmlənməsinə xidmət edir»- deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər