Siyasət

  • 5 411

Azərbaycan Səfirliyinin Özbəkistandakı Mədəniyyət Mərkəzindən MEK-ə kitablar hədiyyə edilib

image

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) mərkəz tərəfindən çap olunmuş kitabların elektron versiyaları hədiyyə edilib.AMEA Mərkəzi Elmi Kitabxanası Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanın təbliği baxımından xüsusi seçilmiş ədəbiyyat siyahısına aşağıdakılar daxildir: “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poezisiyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid”. Qeyd edək ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan kitablarda mətnlər həm özbək, həm də rus dillərində verilib.AMEA Mərkəzi Elmi Kitabxanası adından Mədəniyyət Mərkəzinin fonduna “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmre Madaçın “İnsanın faciəsi”, Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə hazırladığı “Azərbaycan-Kolumbiya: İyirmi şeir” kitablarının elektron versiyaları təqdim edilib.Xatırladaq ki, Mədənyyət Mərkəzinin göndərdiyi ədəbiyyatlar MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilmiş, habelə materiallar diskə toplanaraq kitabxananın Akademiklər zalında Azərbaycanın Özbəkistandakı Səfirliyi üçün ayrılan xüsusi diplomatik guşədə yerləşdirilib.

sia.az

Digər xəbərlər