MM-in deputatı: Ölkəmizdə səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir

«Ölkəmizdə səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dövlət bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Onun sözlərinə görə, məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib.
«Səhiyyənin inkişafı məsələsində bu sahə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramlarının xüsusi əhəmiyyəti var. Ümumiyyətlə, ölkədə hər bir sahənin inkişafının proqramlar əsasında təmin olunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan, səhiyyə ilə əlaqədar qəbul olunmuş Dövlət proqramları da böyük əhəmiyyət kəsb edir»-deyə, komitə üzvü qeyd edib.

yap.org.az