Siyasət

  • 2 736

"BMT-nin sessiyası dünya ölkələri üçün böyük platformadır" AÇIQLAMA

image

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakını çox mühüm hesab edirəm. Çünki, BMT hər zaman Azərbaycan üçün çox mühüm platforma olub, təşkilatın Təhlükəsizlik Şurası ölkəmizə qarşı olan təcavüz və ərazilərin işğalı ilə bağlı müvafiq qətnamələr qəbul edib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə deyib.BMT-də Azərbaycanın mövqeyinin çox böyük dəstək qazandığını deyən deputat bildirib ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı qazandığı dəstək buna əyani sübutdur.Azərbaycan-ABŞ arasında tərəfdaşlıq münasibətlərinin olduğunu dilə gətirən A. Mollazadə qeyd edib ki, iki ölkə bir neçə sahədə ciddi əməkdaşlıq mövcüddur: “Çox güman ki, Azərbaycan Prezidenti bu səfər zamanı həm ABŞ, həm də BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak edəcək liderlər ilə görüşlər keçirəcək. Bu görüşlərin hər biri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, sözügedən sessiya dünya ölkələri üçün böyük platformadır. Bunun vasitəsilə bütün ölkələr ən azı öz mövqelərini bildirir, problemləri ilə dünyanı tanış etmək imkanı qazanırlar. Bu baxımdan Azərbaycan Prezidentinin bu sessiyaya qatılması çox önəmlidir”.

sia.az

Digər xəbərlər