Siyasət

  • 1 904

Elman Rüstəmov: “Manatın məzənnəsi üçün hər hansı risklər görmürük”

image

Maliyyə Sabitliyi Şurası tərəfindən verilmiş qərarlar, formalaşmış makroiqtisadi çərçivəyə əsasən deyə bilərik ki, biz manatın gələcək məzənnəsi üçün hər hansı risklər görmürük. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Manatın məzənnəsinin üzən məzənnə rejimində formalaşdığını xatırladan E.Rüstəmov bildirib ki, tədiyyə balansı müsbət olanda manatın möhkəmlənməsi müşahidə edilir: “Manatın məzənnəsini bazar həll edir. Sadəcə olaraq hökumət, Mərkəzi Bank düşünməlidir ki, bütövlükdə manatın möhkəmlənməsi nə dərəcədə ölkədə həyata keçirilən iqtisadi strategiyaya uyğundur, xüsusilə də ixracın şaxələnməsi, ixracın dəstəklənməsi nə dərəcədə doğrudur. Hələlik biz əsaslı qorxu görmürük”, - deyə E.Rüstəmov əlavə edib.

Digər xəbərlər