Siyasət

  • 2 585

Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verildi

image

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə YAP Nizami rayon təşkilatı Nizami rayon İcra Hakimiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi birgə 10-16 yaş kateqoriyalı uşaqlar və yeniyetmələr arasında kütləvi futbol yarışlarına start verib.

Yarışın hazırlıq görüşündə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın yaranması tarixindən, eləcə də yubiley münasibətilə keçiriləcək tədbirlərdən söz açıb.
Bildirilib ki, YAP siyasi-ictimai və ideoloji işlərlə yanaşı kütləvi idman tədbirlərinin keçirilməsi işinə də dəstək verir. Partiyamız gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişməsi və dövlətin gənclər siyasətinə dəstək məqsədilə ənənəvi olaraq bu cür kütləvi idman tədbirləri təşkil edir.
AFFA-nın rəsmisi, Kütləvi futbolun koordinatoru, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə isə yarışın təşkili qaydaları haqqında danışıb.
Təxminən 3 min nəfərin iştirak edəcəyi yarışlarda peşəkar məşqçilərin, futbolçuların dəstəyi ilə futbol həvəskarları üçün master-klaslar təşkil olunacaq. Həmçinin, yarışların final mərhələsində ayrı-ayrı klubların nümayəndələri, məşqçiləri də iştirak edəcək ki, burada da məqsəd həvəskar və qabiliyyətli futbolçuların peşəkar futbol həyatına qatılmasına həvəsləndirilməsi olacaq.
Sonda AFFA-nın nümayəndələri sualları cavablandırıb və yarışlara start verilib.
Qeyd edək ki, seçmə mərhələlərdən sonra noyabr ayında yarışın finalı baş tutacaq, qaliblər mükafatlandırılacaq.

yap.org.az

Digər xəbərlər