Siyasət

  • 3 353

AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir

image

Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır. Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da iştirak edir.Budəfəki konfrans “Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.Konfransda AZƏRTAC-ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsində AZƏRTAC-ın qazandığı nailiyyətlər barədə hesabat təqdim edəcək.Sabah EANA-nın Baş Assambleyasının iclası olacaq.
AZƏRTAC

Digər xəbərlər