Siyasət

  • 3 575

"Prezidentin BMT-nın ali tribunasından çağırışları dünya üçün ciddi mesajdır" AÇIQLAMA

image

"İşğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca Sarkisyan hakimiyyəti öz terrorçu siyasətini davam etdirir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında vurğulandığı kimi, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.Deputat bildirib ki, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfi təxribatlarından əl çəkmir.O xatırladıb ki, belə təxribatların biri də ötən ilin aprel ayında baş vermişdi: "Amma o zaman Azərbaycan Ordusu bu təxribatların cavabını layiqincə verdi. Nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirib, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb, silahlı qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanıb"."Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Əgər erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Əlbəttə ki, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Bu baxımdan, Prezident İlham Əliyevin BMT-nın ali tribunasından çağırışları böyük əhəmiyyət kəsb edir və dünya ictimaiyyəti üçün ciddi mesajdır"- deyə, deputat qeyd edib.

sia.az

Digər xəbərlər