Siyasət

  • 4 788

Sahibə Qafarova: Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi heç vaxt qəbul etməyəcək

image

«Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, dövlətimizin başçısı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi iş aparır. Onun sözlərinə görə, Azərbaycan istənilən təşkilatın fəaliyyətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurmasının, ölkələrin daxili işlərinə müdaxilə olunmasının yolverilməzliyinin, tərəfdarı kimi çıxış edir.
«Avropa Şurasına üzv olduğu ötən 16 ildən də artıq dövr ərzində də Azərbaycan təşkilat qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirib. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə, mühüm təşəbbüsləri ilə təşkilatın daha effektiv fəaliyyət göstərməsinə töhfəsini verib. Buna baxmayaraq, müxtəlif vaxtlarda qurumu təmsil edən bəzi parlamentarilərin, o cümlədən, rəhbər strukturlarında təmsil olunan siyasətçilərin dilindən ölkəmizlə bağlı obyektivlikdən uzaq, ölkəmizdəki mövcud inkişaf tendensiyalarını əks etdirməyən, qərəzli yanaşmalar olmuşdur. Eyni zamanda, biz quruma üzv olarkən, AŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı formada dəstək verəcəyni düşünürdük. Amma ötən illər ərzində bununla bağlı təsirli addımların da atıldığını müşahidə etməmişik. Əksinə, demokratik yolla inkişaf edən Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyaları fonunda ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin, deputatların parlamentdə qətlə yetirildiyi, terrorizmin rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və soyqırımı törətmiş Ermənistan isə AŞPA-dakı müəyyən qruplar tərəfindən sanki himayə olunur, onlara qarşı loyal münasibət sərgilənir. Son vaxtlar isə AŞ-nin bəzi rəsmiləri Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bizə hədələyirlər. Əlbəttə, bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq, qınaq yaradır. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşdə vurğuladığı kimi, hazırda Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil və bunun obyektiv səbəblərini bayaq sadaladıq. Bununla belə, hesab edirəm ki, ölkəmizə qarşı istənilən təzyiq üsulları ilə ölkəmizə təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi heç vaxt qəbul etməyəcək»- deyə, S.Qafarova vurğulayıb.

yap.org.az

Digər xəbərlər