Siyasət

  • 2 426

Hikmət Hacıyev həmsədrlərin birgə bəyanatından danışdı AÇIQLAMA

image

“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən gündəlikdə duran məsələlər müzakirə edildi”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.XİN sözçüsünün sözlərinə görə, həmsədrlər regiona səfərləri zamanı hər iki ölkədə dövlət rəhbərləri ilə görüşlər keçirdilər: “Onlar bu görüşlərdən sonra birgə bəyanatla çıxış etdilər ki, növbəti addım kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil edilsin və görüşün gündəliyində duran məsələlər müzakirə edilsin. Təbii ki, biz də həmin addımları gözləyirik”.Qeyd edək ki, həmsədlərin Azərbaycan Prezidenti ilə oktyabrın 7-də keçirilən görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

sia.az

Digər xəbərlər