Siyasət

  • 3 890

“Aİ-nin fəaliyyətinin artırılması prosesə stimul verə bilər” AÇIQLAMA

image

“Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəəaliyyətinin artırılması prosesə stimullaşdırıcı təsir göstərə bilər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, bu gün dünyada baş verən separatizm meyillərinə qarşı nümayiş etdirilən mövqe bu prosesin qarşısının alınmasını zəruri edir. Bu aspektdən də hesab edirəm ki, oxşar məsələlərə qarşı hansı mövqe sərgilənirsə, Azərbaycanın ərazi bütövlüyü məsələsində də beynəlxalq birlik və onun tərkib hissəsi olan Avropa İttifaqı adekvat mövqe tutmalı və Helsinki yekun aktının prinsiplərinə uyğun olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün müvafiq addımlar atmalıdır. Düşünürəm ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mövqeyinin əsas götürülməsi, bu qurumun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə birmənalı mövqe nümayiş etdirməsi və beynəlxalq hüquq prinsiplərinə istinad edərək Ermənistanın işğalına son qoyulması istiqamətində müvafiq addımlar atması prosesə müsbət təsir edə bilər”.Siyasi şərhçi əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın yaxın tərəfdaşıdır: “Bu istiqamətdə həm qurumla, həm də ona üzv dövlətlərlə Azərbaycan arasında kifayət qədər ciddi əlaqələr var. Bu əlaqələrin təməlində Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm layihələr, ölkəmizin bir dövlət olaraq dünyəvi, modern ölkə olması və qarşılıqlı münasibətlərin hər iki tərəf üçün faydalılığı dayanır”.

sia.az

Digər xəbərlər