Siyasət

  • 4 626

Deputat NK-nın iclasında səsləndirilən fikirlərə münasibət bildirdi AÇIQLAMA

image

“Prezident İlham Əliyev dünyanın ən böyük kürsülərindən, hətta BMT-nin tribunasından dəfələrlə söyləyib ki, Azərbaycan torpaqlarında bir dəfə tarixi şərait nəticəsində erməni dövləti yaranıb amma ikinci bir erməni dövlətinin yaranmasına heç vaxt imkan verilməyəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.Millət vəkili bildirib ki, Zəngəzur və İrəvan da Azərbaycan torpaqlarıdır və biz o torpaqların da azad olunması uğrunda mübarizəmizi aparacağıq: “Dünyada ikili standartlar mövcuddur. ATƏT-in Minsk qrupu öz öhdəsinə düşən vəzifələri yerinə yetirmir və sülh yolu ilə məsələnin həlli üçün beynəlxalq normalar çərçivəsində formula irəli sürmür. Lakin Azərbaycan digər imkanlarından da istifadə edərək torpaqlarını azad etmək hüququnu özündə saxlayır. Ötən ilin aprel dərsləri hesab edirəm ki, təkcə erməni hərbi siyasi dairələri üçün deyil, həm də ATƏT-in Minsk qrupu üçün bir siqnal olmalıdır. Onlar başa düşməlidir ki, Azərbaycan uzun müddət bu status-kvonun fəaliyyətdə qalmasına dözə bilməyəcək”.Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.

sia.az

Digər xəbərlər