Siyasət

  • 3 799

YAP-ın yaradılmasının 25 illiyi Tibb kollecində qeyd edildi

image

Bu gün Səhiyyə Nazirliyinin 2 saylı Bakı Baza Tibb kollecində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 iliyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqə sükutla yad ediblər.Tədbirdə çıxış edənlər - Kollecin rəhbəri Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova qeyd ediblər ki, ölkəmizin qüdrətinin artırılmasında Yeni Azərbaycan Partiyasının xüsusi xidmətləri var.Qeyd edilib ki, YAP ölkəmiz üçün ən çətin məqamda, hərc-mərclik və özbaşınalığın hökm sürdüyü, xalqın müstəqilik haqqında ümidlərinin və arzularının itirildiyi, milli dövlətçiliyimizin mövcudluğunun təhlükə altında olduğu bir vaxtda yaradılıb. Azərbaycan xalqının gələcəyinin qayğısına qalan ziyalıların nümayəndələrinin ulu öndər Heydər Əliyevə müraciətindən sonra onun Naxçıvanda bu partiyanı yaratması haqda xəbər tezliklə ölkəmizin ən ucqar guşələrinə də çatmışdı. Yeni Azərbaycan Partiyasının yaradılmasını qısqanclıqla qarşılayanların təzyiqinə, bu təşəbbüsün müəlliflərinin məruz qaldığı təqiblərə, müxtəlif hədə-qorxulara baxmayaraq, insanlar YAP sıralarına daxil olmağa çəkinmirdilər, çünki onlar türk dünyasının böyük oğlu, bu partiyanın banisi Heydər Əliyevi xalqımızın, müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi görürdülər. YAP öz intellektual səviyyəsi, sosial bazası və ümummilli lider siyasi kursu sayəsində qısa müddətdə ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq, ümumxalq partiyasına çevrildi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə Azərbaycanda siyasi sabitlik bərqərar oldu, ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Natiqlər Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bu partiyanın sıralarına qoşulmuş 700 minə yaxın insan partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər.Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, dərin intellekt sahibi, unudulmaz şəxsiyyət olan Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahədə çalışan insanlara, xüsusən səhiyyə işçilərinə daim diqqət və qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.Natiqlər vurğulayıblar ki, Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl sürətdə reallaşdırılır. Ölkənin səhiyyə sistemində aparılan əsaslı islahatlar, tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi, həkimlərin və tibb işçilərinin ixtisas səviyyəsinin artırılması son nəticədə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır. Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikintisi, mövcud tibb müəssisələrin yenidən qurulması prosesi geniş vüsət alıb. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün səhiyyənin ayrı-ayrı sahələrində dövlət proqramlarının rolu vurğulanıb.Sonra YAP sıralarına yeni daxil olmuş gənclərin nümayəndələrinə üzvlük biletləri təqdim edilib.Tədbir bədii proqramla davam edib.

sia.az

Digər xəbərlər