Siyasət

  • 2 978

Deputat: “Zaman gələcək düşmənimiz Azərbaycana yalvaracaq” AÇIQLAMA

image

“Dağlıq Qarabağ tarixən bizim torpağımızdır və bütün tarix boyu biz yaşamışıq. Amma tarixin bir dövründə bura köç edib gəlmiş ermənilərin torpağımızı işğal etməsi o demək deyil ki, biz bununla barışmalıyıq. Prezdent Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha ətraflı aydınlıq gətirdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, “Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu ola bilməz və biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik” ifadəsini dünyanın ən mötəbər təşkilatların tribunalarından bəyan edən ölkə başçısı müşavirədə ermənilər danışıqlar prosesinin bərpasından yayınsa onları daha ağır nəticələr gözləyəcək deyərək düşmənimizə onların məhv etmək fikrimizdə olduğunu göstərən daha bir mesaj göndərildi. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, müharibə vəziyyətindəyik Azərbaycan inkişaf edir, güclənir, dünyada nüfuzu artır və mükəmməl müstəqil siyasət aparan ölkə kimi mövqeyi güclənir. Cari ilin 9 ayın sosial-iqtisadi yekunları da bunu deməyə bir daha imkan verir. Düşmənimiz isə günü-gündən müflisləşir, zəifləyir və müstəqilliyini itirir. Belə olan halda yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad edəcəyimizə şübhələr qalmır. Düşünürəm ki, düşmənimiz özünün düşdüyü kritik, biabırçı vəziyyətdən çıxmaq üçün Azərbaycana yalvaracaq zamanı gələcək. Çünki, bu gün də, gələcəkdə də üstünlük bizdədir və biz güclənirik, qısa müddətdə qələbə əldə etməyə qadir hərbi gücə malikik. Uduzan isə erməni xalqıdır və gələcək tarix bunu göstərəcək”.

sia.az

Digər xəbərlər