Siyasət

  • 4 970

Musa Qasımlı: “Bu mövqe yalnız bəyəniləndir” AÇIQLAMA

image

"Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda dayanan vəzifələrə həsr olunmuş iclasındakı çıxışını diqqətlə dinlədim. Bu nitq ölkəmizin gələcək inkişafına, xalqımızın tərəqqisinə dair bütün istiqamətlər üzrə aydın və konkret proqramların olduğunu bir daha təsdiq etdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Cənab Prezident, xüsusən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin və millətimizin qəti və prinsipial mövqeyini bir daha bəyan etdi: "Bu mövqe yalnız bəyəniləndir. Hesab edirəm ki, Ermənistanın hərbi təcavüzünə son qoyulması üçün ilk növbədə dövlətimiz güclü olmalı, xalqımız isə sabit və davamlı inkişaf şəraitində yaşamalıdır”.Qeyd edək ki, dövlət başçısı iclasda bildirdi ki, ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.

sia.az

Digər xəbərlər