Siyasət

  • 4 437

Politoloq: “Ermənistan danışıqları pozmaqla məşğuldur” AÇIQLAMA

image

“Bu gün dünyada gedən siyasi proseslərə nəzər salarkən dünyanın geosiyasi, coğrafi mənzərəsinin dəyişməsinin şahidiyik. Azərbaycanın yer aldığı Cənubi Qafqaz regionu çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun həm də inkişafına maneədir”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq hüququ, münaqişəyə dair qəbul olunmuş qətnamələri əsas götürərək haqlı olaraq öz torpaqlarını tələb edir: “Dövlət başçısı ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil deməklə ermənilərə bir mesaj göndərmişdir ki, onlar Dağlıq Qarabağla bağlı xəyallarından əl çəksinlər. Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı bir status verilə bilər. Ermənistan hal-hazırda danışıqları pozmaqla məşğuldur. Beynəlxalq münasibətlərdə məlum proseslər fonunda bu bizi başqa yollara da əl atmağa vadar edə bilər”.

sia.az

Digər xəbərlər