Siyasət

  • 4 482

"Həmsədrlər BMT qətnamələrinin yerinə yetirilməsinə görə məsulyyət daşıyır" MÖVQE

image

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin əsas məqsədi prezidentlərin görüşünə nail olmaqdan ibarət idi. Səfər zamanı hər iki tərəflə görüş keçirilsə də, hazırda nəticələrlə bağlı hər hansı prinsipial bəyanat səsləndirilməyib. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutub-tutmayacağı bəlli deyil ”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Azərbaycan hər zaman məntiqli, substantiv danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bəyan edir: “Bu məsələdə ölkəmizin mövqeyi aydındır. Azərbaycan danışıqları danışıqlar xətrinə davam etdirməyəcək. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə aktivliyi həmsədrlər nümayiş etdirməlidir. Çünki bu məsələdə onların üzərinə təkcə vasitəçi olmaq missiyası düşmür, bu dövlətlərin hər 3-ü eyni zamanda BMT Təhlükəsizlik Şurasının üzvləridir”.BMT təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeydi-şərtsiz azad edilməsi ilə bağlı 4 qətnaməsinin olduğunu xatırladan E. Mirzəbəyli söyləyib ki, bu sənədlərin qəbul olunmasında hər 3 həmsədr dövlət səs verdiyi kimi, onların yerinə yetirilməsinə görə də məsuliyyət daşıyırlar: “Bu məsuliyyətin icra olunması üçün adekvat tədbirlər həyata keçirilməli, Ermənistana qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır. Ermənistana ən azı maliyyə sanksiyaları tətbiq edilə bilər. Avropa İttifaqı və digər dövlətlər Ermənistanla bağlı əlaqələrinə yenidən baxa, işğala son qoyulması üçün düşmən ölkəyə təzyiqlər edə bilərlər”.

sia.az

Digər xəbərlər