Q.Karasin: Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mətnində beş ölkənin hamısının tələbləri balanslaşdırılıb

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın bu gün razılaşdırılmış mətnində beş ölkənin hamısının tələbləri balanslaşdırılıb və onlardan heç birinin əsas maraqlarına toxunulmur.

Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin “Ria Novosti” agentliyinə müsahibəsində deyib.
Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Konvensiyada bir neçə maddənin optimal ifadə edilməsi qalıb. Bununla da uzun illər ərzində səbirlə işlənmiş bu sənədə nöqtə qoymaq və onu dövlət başçılarının imzasına təqdim etmək olar. O, sənədin yekun variantının “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin növbəti müşavirəsində bəyəniləcəyinə ümidvar olduğunu bildirib. Müşavirənin vaxtı hazırda diplomatik kanallar vasitəsilə razılaşdırılır.

yap.org.az