Siyasət

  • 4 628

YAP 25 illik fəaliyyəti dövründə böyük və şərəfli yol keçib

image

Yeni Azərbaycan Partiyası (YAP) 25 illik fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq böyük və şərəfli yol keçib.SİA-nın məlumatına görə, bu fikirlər YAP Kəngərli Rayon Təşkilatının növbəti şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva tərəfindən səsləndirilib.Sevda Quliyeva çıxışında bildirib ki, bu il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında mühüm yer tutan YAP-ın yaradılmasının 25 illiyi tamam olur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə YAP Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsində fəal rol oynayıb. Ölkəmizin bugünkü inkişafında böyük xidmətləri olan partiya ötən illər ərzində xalqın ümidlərini doğruldaraq ümumxalq partiyasına çevrilib.“Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasət nəticəsində hazırda ölkəmiz güclü dövlətə çevrilib” - deyən, YAP Kəngərli Rayon Təşkilatının sədri qeyd edib ki, bu gün hərtərəfli inkişaf edən respublikamız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyalarının işığında özünün hərtərəfli yüksəliş mərhələsini yaşayır.Sevda Quliyeva YAP Rayon Təşkilatı tərəfindən ötən doqquz ayda əlamətdar və tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün təşkilatın tərkibində fəaliyyət göstərən 31 ərazi ilk partiya təşkilatında 2 min 959 partiya üzvü var. Bunun 1136 nəfərini qadınlar, 874 nəfərini gənclər təşkil edir. Bu ilin 9 ayı ərzində partiyanın sıralarına qəbul olunanların sayı 40 nəfər olub ki, bunların da 26-sı qadın, 23-ü gənclərdir. Bununla yanaşı, YAP sıralarına qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb, keyfiyyət amilinə üstünlük verilib. 2017-ci ilin 9 ayı ərzində ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin partiya sıralarına qəbul edilməsinə nail olunub, gənclərlə iş daim diqqət mərkəzində saxlanılıb, Qadınlar Şurasının fəaliyyəti gücləndirilib. Bu ilin 9 ayında təşkilatın 1 şura, 3 idarə heyəti yığıncağı keçirilib.YAP Rayon Təşkilatının bəhs olunan dövrdəki fəaliyyətindən danışan Sevda Quliyeva diqqətə çatdırıb ki, təşkilat öz işini YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. Keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik köməklik göstərilib.Qeyd olunub ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə diqqət artırılmalıdır. Hər bir partiya üzvü partiyanın Proqram və Nizamnaməsinin tələblərinə, prinsiplərinə əməl etməli, rayonda gedən quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində səyini əsirgəməməlidir.Tədbirdə YAP Gənclər Təşkilatı Kəngərli Rayon Birliyinin sədri Süleyman Süleymanov, rayon Əhalinin Sosial Müdafiə Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Hacıyev, Böyükdüz kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Babayev, Çalxanqala kənd ərazi ilk partiya təşkilatının sədri Ehtiram İbrahimov çıxış ediblər.Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.

sia.az

Digər xəbərlər