Siyasət

  • 4 781

Deputat: “Biz başqa yollara əl atmalı olacağıq” AÇIQLAMA

image

“Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi. Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər müşavirədən bir neçə gün öncə Avropa siyasətçiləri, parlamentariləri ilə Bakıda keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapmışdı”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Prezident həmişə birmənalı olaraq bəyan edir ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil: “Azərbaycan heç vaxt ərazisinin işğal altında qalmasına dözməyəcək. Biz torpaqlarımızı hökmən işğaldan azad edəcəyik. Ancaq Azərbaycan tərəfi olaraq biz istəyirik ki, bu məsələ danışıqlar yolu ilə olsun. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da cənab Prezident vurğuladı ki, əgər ermənilər həmişə olduğu kimi yenə danışıqlardan boyun qaçırsalar və yaxud danışıqlar baş tutsa orada imitasiya xatirinə iştirak edib konstruktiv mövqe tutmasalar o zaman biz başqa yollara əl atmalı olacağıq. Təbii ki, bu olmayandan sonra yeganə yol güc yoludur. Biz istəməzdik elə olsun. Amma işğalçı dövlətin və onu müdafiə edənlərin ədalətsiz, qeyri-konstruktiv mövqeyi bizi buna məcbur edəcəkdir.Ölkə başçısı bu fikrini səsləndirməklə təkcə terrorçu, işğalçı düşmən dövlətə yox, eyni zamanda onu himayə edənlərə də bir mesaj verdi. Bununla belə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə və BMT kimi dünyanın ən böyük bir beynəlxalq təşkilatına da mesaj göndərdi ki, bizi hərbi yola əl atmağa məcbur edən sizin laqeyidliyiniz, problemə ikili standartlarla yanaşmağınızdır”.

sia.az

Digər xəbərlər