Siyasət

  • 10 368

“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”

image

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar konfrans keçirilib

Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsindəki 16 saylı Bakı Peşə Liseyinin akt zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” movzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin direktoru Şakir Hüseynov çıxış edərək bildirib ki, bu gün konfransda YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının İdarə heyətinin üzvü İmran Şıxəliyev və 253 saylı tam orta məktəbin direktoru Rafiq Şaxverdiyev iştirak edirlər: “Bundan əlavə tədbirə YAP Qaradağ rayon təşkilatı Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar”.YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olur: “İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik-hüquqi-dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir”.A.Hüseynov qeyd edib ki, YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub: “Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.Konfransda YAP Qaradağ RT-nın İdarə heyətinin üzvü İmran Şıxəliyev, 253 saylı tam orta məktəbin direktoru Rafiq Şaxverdiyev, 319 saylı tam orta məktəbin tarix müəlliməsi Nuranə Vəliyeva, Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin müəlliməsi Məlahət Nağıyeva və Dəniz Nəqliyyatı Gəmiqayırma və Liman işləri üzrə Bakı Dövlət Peşə mərkəzinin 3-cü kurs tələbəsi Xalidə Məmmədova çıxış edərək YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar.

sia.az

Digər xəbərlər