Alman politoloqu: "AŞ PA Qərbin inkvizisiyasıdır"

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Qərbin inkvizisiyasıdır və hesab edir ki, proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var. Bunu Trend-ə məşhur alman politoloqu Aleksandr Rar AŞ PA-nın dünən Azərbaycanla bağlı qəbul etdiyi məruzələrə münasibət bildirərkən deyib:"Belə vəziyyət Avropa üçün xarakterikdir və bu, intensivləşəcək". Eyni zamanda politoloq hesab edir ki, bu sənədlərin qəbul edilməsi AŞ PA ilə Azərbaycan arasında münasibətlərə təsir göstərməyəcək.Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib.

sia.az