Siyasət

  • 5 145

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının IX konfransı keçirilib

image

Bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu fikirlər Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının oktyabrın 12-də keçirilən IX konfransında səsləndirilib.Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.Təşkilatın sədri Nizami Əhmədovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub.Bildirilib ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Partiyanın siralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.Diqqətə çatdırılıb ki, 71 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4495 nəfər üzvü var. Təşkilat üzvlərinin 54,7 faizini qadınlar, 43 faizini gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, həmçinin rayon təşkilatının fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.Konfransda təşkilati məsələlərə də baxılıb, Nizami Əhmədov yenidən YAP Qax rayon təşkilatının sədri seçilib.Konfransda həmçinin, YAP Qax rayon təşkilatının yeni tərkibdə şurası, idarə heyəti və nəzarət-təftiş qrupu seçilmişdir.

yap.org.az

Digər xəbərlər