Siyasət

  • 4 852

Rauf Əliyev: Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib

image

«Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən 1,6 milyondan çox yeni iş yerinin yaradılması öz növbəsində yoxsulluğun 50 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
«Respublikamızda yeni iş yerlərinin yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, ələlxüsus da gənclər paytaxt Bakıya, digər iri şəhərlərə üz tutmaq məcburiyyətində qalırdılar. İndi ölkə üzrə bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Bir tərəfdən, regionlarda kommunal xidmətlərin səviyyəsinin yüksəlməsi, mədəni mühitin təmin olunması, digər tərəfdən isə, yaradılan yeni iş yerləri insanları, ələlxüsus da gəncləri öz doğma yurd-yuvalarına möhkəm tellərlə bağlayır. Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bu istiqamətdə də işlər uğurla davam etdirilir. Bu ilin 9 ayında 200 mindən çox yeni iş yerlərinin yaradılması bu faktı təsdiqləyir»- deyə, deputat qeyd edib.

yap.org.az.

Digər xəbərlər