Siyasət

  • 2 489

Millət vəkili: “Ermənistana silah satışı Sarkisyana dəstəkdir”

image

“Rusiyanin Ermənistana silah satmaq üçün kredit verməsini birbaşa və açıq şəkildə Rusiyanın Ermənistana dayaq durması kimi başa düşmək olar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, əgər Rusiya Ermənistana dayaq durmasaydı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çoxdan öz həllini tapmışdı: “Rusiyaya maraqlıdır ki, kreditlər verməklə Ermənistanı özündən asıllı vəziyyətdə saxlasın və Ermənistanda öz qoşunlarının dislokasiyasını uzunmüddətli etsin. Həm də dünyada savaşan silahların əksəriyyəti Rusiya istehsalıdır. Ona görə də burda qeyri-adi heç nə görmürəm. Belə götürüləndə silah almaq üçün 100 milyon dollar heç də böyük məbləğ deyil. Müasir silahların qiyməti çox bahadır və 100 milyon dollar kreditə alına biləcək silahların həcmi də bir o qədər çox deyil. Sadəcə, Azərbaycan və Ermənistan prezdentlərin görüşü ərəfəsində Ermənistana silah satışı, kredit razılaşma sənədinin təsdiq olunmasını Sarkisyana dəstək hesab edirəm və danışıqlarda hər hansı bir razılığın əldə olunacağını deməyi çətinləşdirir”.

sia.az

Digər xəbərlər