Siyasət

  • 2 406

Siyasi şərhçi: “Arzu edərdik ki, Türkiyə bizə münasibətdə belə yanlışlara yol verməsin” AÇIQLAMA

image

“Azərbaycan dövləti, onun rəhbəri və xalqı hər zaman Türkiyənin problemlərini öz problemləri kimi qəbul edib, ona uyğun da davranıb. Biz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimini söz olaraq deyil, bir əbədi çağırış kimi qəbul edirik. Ona görə də həmişə Türkiyənin yanındayıq”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, təəssüf ki, Türkiyə heç də hər zaman bizim ona münasibətdə sərgilədiyimiz həssaslığı Azərbaycana qarşı sərgiləmir: “Bunun son örnəyi Azərbaycan sərhədlərini pozmuş dörd Türkiyə vətəndaşına qarşı heç bir addım atılmaması, digəri isə AŞPA-da üç Türkiyə deputatının əleyhimizə səs verməsi oldu. Bunlar, əlbəttə üzücüdür və arzu edərdik ki, Türkiyə bizə münasibətdə belə yanlışlara yol verməsin”.

sia.az

Digər xəbərlər