Siyasət

  • 2 667

"Ermənistanın silahlandırılması regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur"

image

"Rusiya təkcə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Ermənistanın silahlandırılması isə regiondakı təhlükəsizlik mexanizmlərinə ciddi zərbə vurur, gərginliyin daha da artmasına zəmin yaradır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, Ermənistanın silahlandırılması, eyni zamanda, Avropada adi silahlar haqqında Müqavilənin də kobud şəkildə pozulması deməkdir: "Doğrudur, Rusiya bu Müqavilədə iştirakını dayandırıb, lakin ikinci dövlətlərə münasibətdə öz öhdəliklərindən imtina etməyib. Rusiyanın Ermənistana silahlanma üçün 100 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayırması rəsmi Moskvanın beynəlxalq öhdəlikləri ilə də ziddiyyət təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistanı faktiki əvəzsiz olaraq silah-sursat, hərbi texnika ilə təmin etməsi bu ölkənin vasitəlik missiyasına uyğun gəlmir. Bu addım işğalçı ölkənin mövqelərinin gücləndirilməsinə xidmət edir".Siyasi şərhçi qeyd edib ki, Ermənistana uzunmüddətli kreditin şərtləri onu deməyə əsas verir ki, bu silahlar əslində əvəzsiz olaraq verilib, “uzunmüddətli kredit” isə prosesin pərdələnməsinə xidmət edir: "Çünki Ermənistanın xarici borcu 7 milyard dollara yaxınlaşıb. Bu ilin 9 ayı ərzində işğalçı ölkənin borcu 1 milyard dollardan çox artıb. Ermənistanın mövcud durumu sübuta yetirir ki, rəsmi İrəvanın ona ayrılan krediti geri qaytarmaq imkanı yoxdur. Rusiyada da bunu yaxşı bilirlər. Bu prosesin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində həyata keçirilməsi təəssüf doğurur. Çünki bu, ilk növbədə, Rusiyanın vasitəçilik missiyasını şübhə altına alır”.

sia.az

Digər xəbərlər