Siyasət

  • 2 454

BMT-nin baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini alqışlayıb

image

BMT-nin baş katibi Antoniu Quterreş Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü alqışlayıb.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. /Trend/
O bildirib ki, ümumdünya təşkilatının rəhbəri dövlət başçılarının Cenevrədə keçirilən yüksək səviyyədə görüşünü alqışlayır: "O, prezidentlərin danışıqlar prosesinin gücləndirilməsi üçün tədbirlər görməyə və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmağa dair gəldikləri razılaşmanı dəstəkləyir".
A.Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bildirib və tərəfləri sammitin müsbət təkanlarına əsaslanaraq, danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırıb.

yap.org.az

Digər xəbərlər