"Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır"

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sərkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir.M.Brayza qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə işgüzar sessiyaların təşkil olunması növbəti məntiqi addımdır: “Əgər prezidentlər prosesi bərpa etməyə razılaşıbsa, əlbəttə ki, xarici işləri nazirləri ilə bu cür işgüzar görüşlərin təşkil edilməsi həmsədrlərin öhdəliyidir”.

sia.az