Siyasət

  • 3 018

Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir

image

«Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir». Bu fikri yap.org.az saytına «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir.
«Bu kontekstdə yeni əsrin müqaviləsi kimi səciyyələndirilən yenilənmiş “Azəri-Çıraq-Günəşli” Sazişinin imzalanmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən Sazişin imzalanması mərasimindəki çıxışında diqqətə çatdırdı ki, əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Yeni əsrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu, ölkəmizlə tərəfdaşlıq etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni əsrin müqaviləsi çərçivəsində əldə ediləcək gəlirlərdən səmərəli istifadə olunması qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayacaq. Qarşıdakı dövrdə bu sahədə dinamizmin təmin olunması, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi sayəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq»- deyə, millət vəkili vurğulayıb.

yap.org.az

Digər xəbərlər