Siyasət

  • 3 579

Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb

image

«Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb». Bu fikri Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.F.İbrahimli bildirib ki, xalqımız tarix boyu çətinliklərlə, faciələrlə üzləşsə də bütün bunlar onu azadlıq mübarizəsindən döndərə bilməyib. Onun sözlərinə görə, 18 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqiliyinin bərpaolunması bu mübarizələrin nəticəsidir.«Azərbaycan xalqı XX əsrin əvvəlində Xalq Cümhuriyyətini yarada bilmişdi. Amma həmin müstəqilliyimizi itirsək də, əsrin sonunda yenidən onu qazanmaq imkanımız oldu. Təbii ki, müstəqilliyimizin bərpasına gedən yol heç də asan başa gəlmədi. Bu, yaxın tariximiz olduğu üçün hər kəs hansı ağrılı-acılı məqamların yaşandığını yaxşı bilir. Ən əsas problem odur ki, torpaqlarımız Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb. Amma bu gün Azərbaycan güclü dövlətdir və onun müstəqilliyinin dönməzliyi təmin edilib. İnanırıq ki, güclənən Azərbaycan öz torpaqlarını işğalçılardan azad edəcək. Dövlətimizin rəhbərliyi bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir»- deyə, F.İbrahimli qeyd edib.

yap.org.az

Digər xəbərlər