MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır

Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır.

Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb:
“Əvvəla vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir. Prezidentin növbəti sərəncamı ilə Nazirlər Kabinetində struktur dəyişiklikləri aparıldı, Nazirlər Kabinetinin daha çevik, daha səmərəli və funksional olması üçün çox mühüm tədbirlər həyata keçirildi və bunun da məqsədi idarəetmədə çevikliyi artırmaq, insanlara daha yaxın olmaq, bürokratiyanı aradan qaldırmaq və daha səmərəli və optimal, müasir idarəetmə sistemi qurmaqdır”.
MM-in deputatı hesab edir ki, bu struktur islahatları davam edəcək: “Yəqin ki, bu islahatlar yerli icra hakimiyyəti orqanlarında da davam edəcək, məhkəmə-hüquq sistemində də çox uğurlu islahatlar aparılır, bələdiyyələrin iş sistemində çevikliyin və operativliyin aparılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir. Bütün bunlar hamısı dövlətçiliyimizin uğurudur, dövlətimizin idarəedilməsində insanlara daha yaxın olmaq təşəbbüsüdür və Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar uğurla davam edir və bundan sonra da davam edəcək”.

yap.org.az